Azərbaycan dünya ölkələri üzrə internet istifadəçilərinin sayına görə, 58-ci yeri tutub.
"Report"un məlumatına görə, bu göstərici "Internet Live Stats" real zaman çərçivəsində hesablanan statistika layihəsində öz əksini tapıb.
Azərbaycan dünya ölkələri üzrə internet istifadəçilərinin sayına görə, 58-ci yeri tutub.
"Report"un məlumatına görə, bu göstərici "Internet Live Stats" real zaman çərçivəsində hesablanan statistika layihəsində öz əksini tapıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,65 dollar və yaxud 1,40% ucuzlaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,31 dollara bərabər olub.
Azərbaycan Mərkəzi Bankı 28 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5819 manat təşkil edir.
"Expressbank" ASC-də iştirak payı alan iki fiziki şəxsin adı məlum olub. "Report" Bankın hesabatına istinadən xəbər verir ki, yeni səhmdarlar Hikmət Xammədov və Hafiz Seyidovdur.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5819 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyulun 27-də USD/AZN rəsmi məzənnəsi 1,5787 səviyyəsində olub.
Təcrübə - Bu söz əslində hər birimizin həyatında xüsusi əhəmiyyət daşıyan bir sözüdür. Bir çoxumuz işə başlamamışdan əvvəl hər hansı bir şirkətdə təcrübəçi kimi fəaliyyət göstərmişik.
Banco.az sizlərə sözügedən bu təcrübə müddətində etməməli olduğunuz şeylərin siyahısını təqdim edir.
Bu ilin sentyabr ayında Azərbaycanda qeyri-iş günlərinin daha bir gün artırılacağı gözlənilir.
“Report” xəbər verir ki, sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçiriləcəyindən və həmin gün bazar ertəsinə təsadüf etdiyindən qeyri-iş günü olacaq.
“Caspian Development Bank” cari ilin ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. “Balans hesabat”ında göstərilən məlumatlara əsasən bankın aktivləri danışılan dövrdə 120 milyon 083 min man. olub.
"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub. "Report"un əldə etdiyi məlumata görə, Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov Nəbi Əliyevi özünə müşavir təyin edib.
26iyul 2016-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2015-ci ilin maliyyə hesabatı təsdiq edilib.