Banco.az | Tezliklə

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

26iyul 2016-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və  Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2015-ci ilin maliyyə hesabatı təsdiq edilib.

Azərbaycanca

"PAŞA Sığorta"nın rəhbərliyində dəyişiklik olub

 "PAŞA Sığorta" ASC-nin Direktor Şurasında (DŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, İbrahim İbrahimov DŞ-ya üzv seçilib.

O, bu vəzifədə Fariz Əzizovu əvəz edib. Xatırladaq ki, F.Əzizov həm də "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.

Azərbaycanca

Bank of Baku öz reytinqini qoruyub, saxlamaqdadır!

Moody's beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında Bank of Baku-nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib. Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.       

Azərbaycanca

Azər Türk Bank MasterCard "World Elite" ödəmə kartı ilə bağlı video-çarx hazırlayıb

Azər Türk Bank bir çox premium xidmətləri özündə birləşdirən MasterCard "World Elite" ödəmə kartı ilə bağlı hazırlanmış video-çarxı təqdim edir.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (27.07.2016)

Azərbaycan Mərkəzi Bankı 27 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5787 manat təşkil edir.

Azərbaycanca

BancoTV ilə canlı yayım izlə

BancoTV hal-hazırda canlı yayıma başlayıb.

Yayımın Mövzusu "Daşınmaz Əmlak və İnvestisiyalar"dır.
Qonaqlarımız Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev və Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimlidir. 

Azərbaycanca

İyulun 27-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 27.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5787 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyulun 27-də USD/AZN rəsmi məzənnəsi 1,5755 səviyyəsində olub.

 

Azərbaycanca

​BP-nin mənfəəti azalıb

Bu ilin II rübündə BP şirkətinin mənfəəti 720 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 45% azdır. "Report" xəbər verir ki, bu barədə şirkətin ilin I yarısı ilə bağlı hesabatında qeyd olunub.

Bu ilin I rübündə şirkətin mənfəəti 532 mln. dollar, 2015-ci ilin ikinci rübündə isə 1,3 mlrd. dollar olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »