Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə, təqaüd alan tələbələrın sayının isə 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılması nəzərdə tutulub.
Banco.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
