Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.
