Banco.az | Tezliklə

BANM-nin 17 tələbəsi BP-də istehsalat təcrübəsi keçir

Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 17 tələbəsi BP şirkətində iyulun 1-dən sentyabrın 9-dək (10 həftəlik) ödənişli əsaslarla yay istehsalat təcrübəsi keçir.

Azərbaycanca

ADB Azərbaycana ayrılacaq krediti təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisi şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı kredit proqramını təsdiqləyib. “Report” xəbər verir ki, ADB bununla 1,4 mln. abonentin elektrik enerjisindən istifadə imkanları daha da yaxşılaşacağını açıqlayıb.

Azərbaycanca

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,09 dollar və yaxud 0,19% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,24 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (12.07.2016)

Azərbaycan Mərkəzi Bankı 12 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5518 manat təşkil edir.

Azərbaycanca

"Sahibkarlara 73 milyon manat kredit verilib"

"Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib".

Azərbaycanca

İyulun 12-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 12.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5518 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyulun 11-də USD/AZN rəsmi məzənnəsi 1,5487 səviyyəsində olub.


Azərbaycanca

Bankların aktiv səyahət kampaniyaları

Yayın bu qızmar havasında bütün qayğılardan uzaqlaşmaq və istirahətə zaman ayırmaq istəyirsinizsə, bu məqalə tam olaraq sizin üçündür.

Banco.az olaraq bankların təşkil etdiyi səyahət və tətil kompaniyalarını araşdırdıq, buyurub tanış ola bilərsiniz.

Azərbaycanca

Bankomatların sayı artmağa başlayıb

Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən Azərbaycanda bankomatların ümumi sayı 2016-cı il iyunun 1-nə 2 573 ATM təşkil edib.

Azərbaycanca

Depozitlərdə artım müşahidə olunur

Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə məcmu bank depozitlərinin həcmi 2016-cı ilin 1 iyununda  23 148,1 mln. manat təşkil edib. Bu göstərici may ayının 1-i ilə müqayisədə 590 mln. manat və ya 2,61% çoxdur.

Azərbaycanca

Ölkədə POS-terminalların sayı azalıb

Mərkəzi Bankdan alınan məlumata əsasən, ölkəmizdə 2016-cı ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq, 73 945 ədəd təşkil edib.

"Banco.az"ın verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə POS-terminalların sayı 6 356 ədəd və ya 7,92% azalıb. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »