Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı qlobal iqtisadiyyatın "diqqətəlayiq" dayanıqlığı səbəbindən 2026-cı il üçün qlobal artım proqnozunu yuxarı qaldırıb.
Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platformasına inteqrasiyasını tamamilə yekunlaşdırıb. Bununla da ölkənin maliyyə bazarında ilk dəfə olaraq tətbiq edilən bu funksionallıq Birbank mobil tətbiqində aktivləşdirilib.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 2 milyard 379 milyon ədəd siqaret ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin dekabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 29 mlrd. 685.5 mln. manat təşkil edib. Bunun da 75.9%-i və ya 22 mlrd. 520.6 mln. manatı Bakı şəhərinin payına düşüb.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
ABB yeni “İndi al, sonra ödə!” xidmətini müştərilərə təqdim edib. Bu, ABB-nin “İndi al, sonra ödə!” üzrə partnyoru olan mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə ötən ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən oktyabrın sonuna nəzərən 134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Texnologiyanın gücü günü-gündən artır. Bu, özünü bazar dəyəri ən yüksək olan şirkətlər arasında da göstərir. Hazırda 2 texnologiya şirkətinin bazar dəyəri 4 trilyon dollardan çoxdur. Bunlar "Nvidia" və "Alphabet"dir (Google).