4-6 oktyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kyokuşin karate növü üzrə birinci dünya çempionatı keçirilib. 45 ölkənin 264 idmançısının iştirak etdiyi yarışda Azərbaycanı layiqincə “Bank Technique”in əməkdaşı Mehrac Gülməmmədov təmsil edib. İdmançımız 80 kiloqram çəki dərəcəsində 3-cü yerə yüksələrək, Azərbaycana dünya çempionatının bürünc medalını qazandırıb və Azərbaycan bayrağını Sofiyada dalğalandırıb.
“Bank Technique”in əməkdaşı Azərbaycan bayrağını Sofiyada yüksəldib

