Qəbul imtahanlarının başa çatması ilə əlaqədar Rabitəbank yeni Tələbə Sevinci kampaniyasına start verir! Kampaniya bu il ali təhsil müəssisələrinə qəbul olunan bütün tələbələrin ailə üzvlərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutur.
Qəbul imtahanlarının başa çatması ilə əlaqədar Rabitəbank yeni Tələbə Sevinci kampaniyasına start verir! Kampaniya bu il ali təhsil müəssisələrinə qəbul olunan bütün tələbələrin ailə üzvlərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutur.
Azərbayacanın ən böyük mikromaliyyə təşkilatı “Finca Azerbaijan” bank çevrilmək üçün Mərkəzi Bankdan lisenziya ala biləcəyinə ümid edir.
Verilən məlumatına görə, bunu çərşənbə günü keçirilmiş mətbuat konfransında “Finca Azerbaijan” mikromaliyyə təşkilatının Baş icraçı meneceri Maniş Sane deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu günə kimi onların müraciətinə cavab verməyib. “Çox təəssüf ki, bu barədə konkret məlumat yoxdur. Bu günə qədər Mərkəzi Bankdan cavab almamışıq”.
DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası daha bir ay müddətə uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
“Bank Technique” ASC müştərilərinə bir-birindən fərqli və innovativ xidmətlər təklif etməkdə davam edir. Artıq Siz də “Bank Technique”in “Şəxsi Kabinet” funksiyası vasitəsilə onlayn depozit yerləşdirə və ya Bankımızdakı bir hesabınızdan digərinə vəsaitlərinizi köçürə bilərsiniz. Belə ki, bunun üçün online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyasına daxil olub, qeydiyyatdan keçməyiniz və Bankımızda hesaba malik olmağınız yetərlidir.
“Bank Standard”ın ATM mobil tətbiqi proqramı bankın bütün bankomatlarının siyahısını, valyutaların məzənnəsini, fəaliyyətdə olan uduşlu aksiyaları, bankın filialları və onların əlaqə nömrələrini, bakın kredit və depozit məhsulları üzrə faydalı məlumatları 3 dildə əks etdirir. Beləliklə mobil tətbiqi proqram vasitəsilə müştərilər “Bank Standard”ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kursalırını öyrənə bilərlər.
Azər-Türk Bank ASC yeni 945 nömrəli Məlumat Mərkəzini təqdim edir. Bankla əlaqə saxlamağın operativliyini və rahatlığını təmin etmək məqsədilə "Azər-Türk Bank" ASC yeni Məlumat Mərkəzini yaratmışdır. Belə ki, yeni 945 qısa nömrə vasitəsilə Bankımızın məhsul və xidmətləri barəsində ətraflı məlumatları tez zamanda ala bilmək imkanını əldə edirlər.
“AtaBank” ASC “Express Kredit” məhsulunu təklif edir.Kreditin maksimal məbləği 5000 manat, müddəti isə 48 ay təşkil edir. “Express Kredit”də faiz dərəcəsi 12 ayadək kreditlər üçün illik 22%, 12 aydan yuxarı kreditlər üçün illik 24 % təşkil edir. Əmək haqqını “AtaBank” ASC-nin plastik kartları ilə alan müştərilər üçün isə müvafiq olaraq illik 20% və 22 % müəyyən olunub.
“AtaBank” ASC “Milli Kinomuz” adlı müsabiqəyə başlayıb. Müsabiqənin şərtlərinə görə, müsabiqə iştirakçıları “AtaBank” ASC-nin facebook səhifəsinin fanı olmalı, Facebook səhifəsində yerləşəcək videonu öz səhifənizdə paylaşmalı və verilmiş suala düzgün cavab yazmalıdır.Suala tam və dolğun cavab verən ilk fan 50 manatlıq Visa Electron kartı əldə edəcək.
Amrahbank ASC 2013-cü ilin ilk 8 ayını 4.0 milyon manat mənfəətlə başa vurdu. 2013-cü ilin 8 ayının nəticələrinə görə Amrahbank ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2 dəfə artaraq 4.0 milyon manat təşkil etmişdir.