Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər noyabrın əvvəlinə 700 mln. AZN-i keçib.
Öz maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərir.