DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 dekabr 2013-cü il tarixədək uzadılıb.
DəmirBank pul köçürmə sistemləri üzrə aksiyanın müddətini uzadıb.


DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 dekabr 2013-cü il tarixədək uzadılıb.
Daima yenilikləri tətbiq edən və müştərilərin rahatlığını düşünən Expressbank, daha bir sevindirici xəbərlə qarşınızda. Dekabr ayının 2-dən etibarən Expressbank-ın Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 34B ünvanında (Neftçilər metro st. yaxınlığı) yerləşən “Neftçilər” filialı saat 09:00-dan 20:00-dək müştərilərə xidmət göstərəcək.İş saatları ərzində banka getmək çətin olduğu üçün Expressbankmüştərilər üçünNeftçilər filialının iş vaxtını uzadıb bankın xidmətlərindən istifadə imkanlarını daha da artırdı.
DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 dekabr 2013-cü il tarixədək uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
ASC “Xalq” Bankı noyabr ayının 29-dan etibarən kommunal və digər ödənişləri www.billpay.xalqbank.az səhifəsində onlayn həyata keçirən müştərilər üçün hərracın keçirilməsinə start verdi. Hərracda iştirak edən müştərilər İpad mini 3 G 16 GB, Samsung Galaxy SIII, Sabina parfümeriya və kosmetika mağazalar şəbəkəsində alış-veriş üçün 50 AZN dəyərində hədiyyə kartları, Xalq Bankın loqotipi ilə yaddaş kartları və rəngbərəng çətirlər qazana bilərlər.
Son illər ərzində daşınmaz əmlak investisiya qoymanın ən gəlirli sahələrindən biri kimi böyük şöhrət qazanmış və aktivlərin daha bir növünə çevrilmişdir. Xaricdə daşınmaz əmlaka fəal yatırımlar qoymağa başlamış sakinlərimizin həyat səviyyəsinin yüksəlməsi faktı yerli bazarda da yeni tendensiyaları müəyyən etmişdir.
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı «RBC» agentliyi tərəfindən Rusiya banklarının 2013-cü ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəət üzrə hazırlanan renkinqdə 224-cü yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, bankın üç rüblük mənfəətinin həcmi 112,9 mln. rubl (2,7 mln. manat) təşkil edib.
İndi Bank Respublika müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını MilliÖN terminalları vasitəsilə həyata keçirə bilərlər. Bu xidmət həmçinin müştərilərə plastik kartların balansını artırmaq və kredit borclarını banka gəlmədən ödəmək imkanı yaradır. Hal-hazırda MilliÖN şəbəkəsində 1500-dən artıq ödəniş terminalı xidmət göstərir.
“Bank of Baku” bankdan ilk dəfə kredit alan müştərilər üçün təqdim etdiyi “Ayda 100 manata - 1000 manat nağd kredit” məhsulunun əldə edilmə şərtlərini asanlaşdırır.
Bu kredit növünün əsas üstünlükləri bunlardır:
27 noyabr 2013-cü il tarixində “Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı keçirilib. Lotereyaya bank nümayəndələri, “Dostlar klubu” üzvləri, münsiflər heyəti və media nümayəndələri qatılıblar. Lotereyada iştirak hüququ əldə etmiş hər müştəriyə altı rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilib və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilib.