Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycana birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları təşkil edib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycana birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 309 ton kolbasa idxal edib.
Dövlət Statistika Komitəsinin hesabatına görə bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 30 % azdır.
025-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 3 milyard 529,8 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,1 % azdır.
Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və tələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkil edilir.
"Expressbank"ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə ərsəyə gətirdiyi “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən 2 ayda (yanvar-fevral) ölkədən 4 milyard 380 milyon 706 min kubmetr təbii qaz ixrac edilib.
Azərbaycanda avtomobillər üçün dövlət qeydiyyat nişanının yeni seriyası istifadəyə verilib.
Banco.az xəbər verir ki, yeni seriya Bakı şəhəri üçün nəzərdə tutulan 88 nömrəsi ilə başlayır.
Qeyd edək ki, hazırda Bakı şəhərinə aid avtomobillərin dövlət qeydiyyat nişanı üçün 10, 90, 77 seriyaları mövcuddur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 439 milyon 81.16 min ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən iki ayda yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 5,7% çoxdur.
Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni -13-2.7-ci maddədə əksini tapıb.
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Banco.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.