"DekaBank"KB ASC nizamnamə kapitalını artırdı
Kapital bazasının möhkəmləndirilməsi yüksək likvidliyin saxlanmasının təminatıdır
Bankın nizamnamə kapitalı 30 mart 2013-cu il tarixinə 2012-cu ilin yekun dövrü ilə müqayisədə 179%-ə qədər artaraq 23 985.00 min manat təşkil etmişdir. Xatırladaq ki, 2012-cu ilin yekun dövründə bankın nizamnamə kapitalı 13 417.21 min manat olmuşdur.
Nizamnamə kapitalının artırılması Bankın səhmdarlarının razılığı əsasında həyata keçirilmişdir.