FFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqası başa çatıb. AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən son 3 qarşılaşmadan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Turnirin builki qalibi Embawood komandası olub. İkinci pilləni Comp US və HP, üçüncü yeri isə AFB Bank tutub.
AFB Bank ASC AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqasında 3-cü yerə layiq görüldü

