“Bank Technique” ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, Yasamal filialının da yerini dəyişib. Belə ki, Bankın Yasamal filialı, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanından, 547-ci məhəllə, İnşaatçılar prospekti 3 ünvanında yeni konsepsiya ilə təmir olunan binaya köçüb. Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.
“Bank Technique”in Yasamal filialı yeni ünvanda!

