Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, ADB tərəfindən nəzərdə tutulan kredit vəsaitinin həcmi hər biri 70 milyon ABŞ dolları olmaqla iki kredit xəttinə bölünərək 140 milyon ABŞ dollarına çatır.
