Banco.az | Tezliklə

Mərkəzi Bank banklar üçün marjanı 2%-dən 4%-ə qaldırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məlumat göndərib.

Banco.az banklardan alınan məlumata istinadən xəbər verir ki,  banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Azərbaycanca

Bankda necə təcrübə qazanmaq olar?

Hazırda ixtisasından asılı olmayaraq gənclərimizin əksəriyyəti  öz karyerasını bankda qurmağı arzulayır. Bankçılıq həm maddi imkanlar, həm də etibarlılıq baxımından vacib bir sektor halına gəlib. Bu da özlüyündə bu sektora qəbul üçün rəqabətcil mühit formalaşdırıb.

Bəs bankda necə təcrübə qazanmaq olar?

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı kart sahiblərinin itkilərini aradan qaldırdı

Azərbaycanca

“Azərbaycan Beynəlxalq Bankı” ASC müştərilərin maraqlarını əsas tutaraq, manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, üzən məzənnəyə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib.

Expressbank pulsuz bank kartları təklif edir

Azərbaycanca

Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir.

Belə ki, müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.

AtraBank xarici valyutada olan kreditlərin restrukturizasiyasına başlayıb

Azərbaycanca

“AtraBank” ASC  tərəfindən milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsi ilə əlaqədar olaraq borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədilə ABŞ dollarında verilmiş kreditlərin restrukturizasiyası (ödəniş müddətinin və kredit faizlərinin dəyişdirilməsi) prosesinə başlanılmışdır.

Dünya fond bazarında eniş müşahidə olunur

Amerika fond bazarında Dow Jones indeksi 2,32% - 16 514,10 bəndədək, S&P 500 2,37% - 1 943,09 bəndədək, NASDAQ 3,03% - 4 689,43 bəndədək azalıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,96% - 5 954,08 bəndədək, Almaniya DAX-ı 2,29% - 9 979,85 bəndədək, Fransa CAC-40-ı 1,72% - 4 403,58 bəndədək ucuzlaşıb.

Azərbaycanca

Azər Türk Bank "MobilBank" xidmətini təqdim edir

Azərbaycanca

Azər Türk Bank müştərilərinə mobil telefon vasitəsi ilə müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı yaradan "MobilBank" xidmətini təqdim edir.

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar yaxud 0,06% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,79 dollara bərabərdir.

Azərbaycanca

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,7 dollar yaxud 2,06% ucuzlaşaraq 33,27 dollar/barel təşkil edib.

"Brent" markalı neft isə 0,48 dollar və ya 1,40% ucuzlaşaraq 33,75 dollar/barelə bərabər olub.

Azərbaycanca

Manat dollar və avroya qarşı zəifləməkdə davam edir

Bu gün yanvarın 7-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5642 manat olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »