Tele Kart vs Paykart
TeleKart vs PayKart (Müqayisə)


Tele Kart vs Paykart
Metropark alış-veriş mərkəzi ilə Yapı Kredi Bank Azərbaycan Worldcard sadiqlik proqramı çərçivəsində yeni bir layihəyə start verir. Kampaniya çərçivəsində Metroparkda 30 manat və üzəri birdəfəlik alış-veriş edən müştərilər aldıqları malın dəyərini 2016-cı ildə ödəyəcəklər. Layihə Metroparkda yerləşən 47 mağazada keçərlidir. Mağazalar World Üzv Ticarət Obyektləridir və hər birini tanımaq üçün üzərinə Worldcard logotipini əks etdirən stiker vurulmuşdur.
Bu ilin avqust ayında Şərqi Avropa və MDB ölkələri arasında qızıl-valyuta ehtiyatları daha çox azalan ölkə Azərbaycan olub. Baxmayaraq ki, avqust ayında avronun dollarla müqayisədə güclənməsi ehtiyatların artmasına dəstək verib. Banco.az "Report"a istinadən xəbər verir ki, azalma 1,186 mlrd. dollar və ya 2,7% təşkil edib, adambaşına ehtiyatlar isə 145 dollar azalıb.
Neftçilərin peşə bayramı ərəfəsində, UnibankAzərbaycanın neft sahəsində çalışan bütün vətandaşları üçün yeni kredit aksiyasına start verdi. Kampaniya çərçivəsində 18 sentyabrdan etibarən neft sənayesi peşəkarları istənilən Unibank filialına komissiyasız nağd kredit üçün müraciət edə bilər. Həm manat, həm də dollar kreditlərini əhatə edən bu xüsusi aksiya 24 sentyabr tarixinədək davam edəcək.
Expressbank Western Uniontəcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir. Aksiya 30dekabr 2015-ci il tarixinədək davam edəcək.
İqtisadçı alim, Vüqar Bayramov: "Əslində, ABŞ son qərarı ilə dolların dünya bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi".
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,7 dollar yaxud 1,38% azalıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,05 dollara enib.
Amerika fond bazarında Dow Jones indeksi 0,39% - 16 674,74 bəndədək, S&P 500 0,26% - 1 990,20 bəndədək azalıb, NASDAQ 0,10% - 4 893,95 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 6 189,99 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,20% - 4 665,14 bəndədək, Almaniya DAX-ı isə 0,02% - 10 229,58 bəndədək bahalaşıb.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,25 dollar yaxud 0,53% ucuzlaşaraq 46,9 dollar/barel təşkil edib.
"Brent" markalı neftin qiyməti də 0,67 dollar yaxud 1,35% ucuzlaşaraq 49,08 dollar/barelə enib.
Bu gün sentyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.