Azərbaycan nefti yenidən bahalaşıb.
London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,32% və ya 0,67 dollar artaraq 51,21 dollar olub.
Azərbaycan nefti yenidən bahalaşıb.
London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,32% və ya 0,67 dollar artaraq 51,21 dollar olub.
2015-ci avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.
“Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın aparıcı banklarından biri olan Kapital Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində müəyyən edib, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.
Amerika fond bazarında Dow Jones indeksi 2,84% - 16 058,35 bəndədək, NASDAQ 2,94% - 4 636,10 bəndədək, S&P 500 2,96% - 1 913,85 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 3,03% - 6 058,54 bəndədək, Fransa CAC-40-ı 2,40% - 4 541,16 bəndədək, Almaniya DAX-ı isə 2,38% - 10 015 bəndədək azalıb.
Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 11,3 faiz azalaraq 48,6 dollar olub.
"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib.
Banco.az "APA"ya istinadən xəbər verir ki, Fərid Temraz oğlu Orucov bankın baş direktoru vəzifəsinə təyin olunub.
Finlandiyada toplam sayda 300-dən çox bank var, onların böyük çoxluğu isə - regional kooperativ təşkilatlardan ibarətdir. Kooperativ banklar qruplarda birləşir ki, onların ən böyüklərindən biri OP adlanır, tərkibində 186 belə bankı birləşdirir. Ən böyük kommersiya bankı olan Pohjola və bir neçə digər maliyyə təşkilatı da bu qrupa məxsusdur.
Banco.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2015-ci ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,6 milyon manat təşkil etmişdir.