Fam Nyat Vıonq Vyetnamın ilk milyarderlərindən biridir. O, sərvətini Ukraniyada olarkən qurduğu “Mivina” adlı əriştə markasının hesabına əldə edib. Hal-hazırda Forbes onun sərvətinin dəyərini 2.8 milyard dollar dəyərində qiymətləndirir. Fam bu pilləyə çatana qədər bir çox çətinliklərlə üzləşib. Atası Şimali Vyetnam ordusunda xidmət edərkən anası küçədə çay satmaqla ailəni dolandırmağa çalışırmış.
Əriştə satmaqla Forbesə adını yazdıran Vyetnamlı milyarder