Banco.az | Tezliklə

Dünyanın ən qədim 10 bankı

Dünyada ilk bank xidmətlərinin qədim Şumer və Babillərdən bəri mövcud olduğu güman olunur. Şumerlərdə e.ə 3500-ci ildə yaradılan "Maket" ilk bank quruluşudur.

Maketin rahibləri ilk borc verənlər idi. Hətta məşhur Hammurapi qanunlarında maketlərin borc işlərini necə idarə edəcəyi yazılmışdır.

Azərbaycanca

ADIF: Azərbaycanda bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq

Bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Azərbaycanca

Müdirinizin sizi sevmədiyini göstərən 5 işarə

Müdirinizlə aranız necədir?

Sizin onun haqqında düşündüyünüz kimi, onun da sizin haqqınızda düşündüyünü unutmayın. Bəs heç müdirinizin sizi sevmədiyini düşünmüzsünüzmü?

Azərbaycanca

"Texnikabank"ın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

Azərbaycanca

“FINCA Azerbaijan” mükafat aldı

Azərbaycanca

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatını “Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat” nominasiyasının qalibi elan edib.

Bank of Azerbaijan-ın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Banco.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Azərbaycanca

Mərkəzi Bank tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib.

Tender proseduru martın 1-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Azərbaycanca

Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,28 dollar yaxud 0,78% ucuzlaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,50 dollara bərabərdir.

Azərbaycanca

Dünya bazarında neft kəskin ucuzlaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,00 dollar yaxud 5,95% ucuzlaşaraq 31,62 dollar/barel təşkil edib.

"Brent" markalı neft isə 1,75 dollar və ya 4,86% ucuzlaşaraq 33,56 dollar/barelə bərabər olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »