Banco.az | Tezliklə

Azərbaycanın həyat sığortası bazarında ödənişlər kəskin artıb

Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 16,4%-i və yaxud 12,5 mln. manatı həyat sığortasının payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 53,1% böyüyüb.

Azərbaycanca

PAŞA Sığorta şirkəti Bərdə rayonunda yeni nümayəndəliyinin açılışını keçirdi

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti  fevral ayının 19-u Bərdə rayonunda yeni nümayəndəliyi müştərilərin xidmətinə verdi. Təntənəli açılış mərasimində PAŞA Sığorta ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak etdi.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) 23 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5612 manat təşkil edir.

Azərbaycanca

Brent nefti ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,84 dollar artaraq 31,48 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45 dollar azalaraq 34,24 dollar olub.

Azərbaycanca

Dollar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 23-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 23-ə 1,5612 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5604 manata bərabər olub.

Azərbaycanca

Mustafa Koçun davamçısı bəlli oldu

Koç Holdinqdə mərhum Mustafa Koçun yerinə keçəcək olan ad məlum oldu. Verilən məlumata əsasən, Koç Holdinqin ilk ümumi məclis yığıncağına kimi Koç Holdinqin idarə heyətinin sədri vəzifəsinə Ömer Koç seçildi.

Ali Koç isə İdarə heyəti sədr müavini olaraq təyin edildi.Koç Holdinq İdarə heyəti sədri Mustafa Koç, keçirdiyi infarkt nəticəsində 21 Yanvarda rəhmətə getmişdi.

Ömer Koç kimdir?

Ömer Koç 1962-ci ildə Ankara dünyaya gəlmişdir. 1985-ci ildə Kolumbiya Universitetində Yunan Filologiyası üzrə bakalavr təhsilini tamamlamışdır. 1989-cu ildə Kolumbiya Universiteti Menecmentlik fakültəsinin MBA dərəcəsini alıb. İş həyatına 1985-ci ildə İsveçrədəki "Kofisa Trading Company"də satış işçisi olaraq başlayıb.

Ömer Koç Mustafa Koçun qardaşıdır.

Azərbaycanca

Əmanət yatırarkən diqqətli olun!

Azərbaycanca

İllərdir çalışırıq. Çalışırıq ki, qazanaq. Qazanırıq ki, planlarımızı vaxtı gələndə həyata keçirək. Lakin, gözlənilmədən çıxan xərclər hər ay qazancımızın bir hissənini ayırıb kənara qoymaqda çətinlik yaradır. Öhdəsindən gəlmək, eyni zamanda, min əziyyətlə topladıqlarımızıtamamilə itirməmək, həm də pulumuza daha da çox dəyər qatmaq üçün banka əmanət yatırmaq ən uyğun versiyadır. Banka əmanət yatırarkən də, bir neçə məqama diqqət etmək gərəklidir.

Facebookdan Unibank səhifəsinə yüksək qiymət

Azərbaycanca

Unibank səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib

“Atrabank” ASC və “Qafqaz İnkişaf Bank” ASC birləşə bilərlər

Cənab Prezident İlham Əliyevin göstəriş və tövsiyyələrində bank sektorunun sağlamlaşdırılmasının əsas yollarından biri bankların konsalidasiyası nəzərdə tutulmuıdur. Bunu əsas tutaraq lisenziyaları alınmış  “Atrabank” ASC və Qafqaz İnkişaf Bank” ASC-nin səhmdaları birləşmə haqqında qərar qəbul etdilər. Qanunvericiliyə əsasən bu məsələ məhkəmə yolu ilə həll olunmalıdır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »