Kurs yeni gündə 5.93 – 5.99 səviyyəsində icra edilir.
Dünən 2% - dən çox aşağı düşərək 5.90 səviyyəsinə qədər geriləyən Dollar/Tl məzənnəsi yeni günə də 6 səviyyəsinin altında başlayıb.
Kurs yeni gündə 5.93 – 5.99 səviyyəsində icra edilir.
Dünən 2% - dən çox aşağı düşərək 5.90 səviyyəsinə qədər geriləyən Dollar/Tl məzənnəsi yeni günə də 6 səviyyəsinin altında başlayıb.
"Keşiş Bransonun məhkəməsi onun azad edilməsilə nəticələnərsə, Türkiyədə Dolların 5.70 Türk Lirəsi səviyyələrinə qədər düşməsini gözləyirəm".
Bunu "Noorcm" investisiya və maliyyə xidmətlər şirkətinin Daxili bazarlarda satış müdiri Mert Yılmaz bildirib.
Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.
Kişilərin dünyadakı bütün varlılar siyahısına hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Üstəlik, bu qadınların əksəriyyətinə bu var-dövlət miras olaraq qalmamışdır. Bəziləri tamamilə öz səyləri ilə varlanan şəxslər ikən, digərləri isə öz imperiyalarını qurmaq üçün paylarına düşən mirası başlanğıc olaraq istifadə edib böyük işlərə imza atmışlar.
İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu gün bank müsahibələrində məndən ən çox soruşulan terminləri sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 7 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir.
ABŞ-ın avtomobil istehsalçısı "Tesla Inc."ın səhmləri, şirkətin təsisçisi İlon Maskın tənzimləyici qurum ilə razılığa gəlməsinin ardından kəskin bahalaşıb.
Tesla-nın səhmləri 16 faiz bahalaşaraq 307.35 dollara qalxıb və Cümə günkü 14%-lik ucuzlaşmasını geri alıb.
İş görüşməsi bir çoxlarının ən həssas nöqtəsidir desək, yəqin ki, yanılmarıq. Çünki belə görüşlər gələcək karyera həyatını təyin edən ən yaxşı vasitələrdilər. İş görüşünə gedərkən daha uğurlu nəticə göstərmək və seçilmək üçün mütləq etməli olduğunuz bəzi prosedurlar var.
Azərbaycan Respublikası Mərkəzi Bankının mandatından irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsinin effektivliyinin yüksəldilməsi, o cümlədən Mərkəzi Bank tərəfindən dövlət qurumlarına, kredit təşkilatlarına və əhaliyə göstərilən xidmətlərin elektronlaşması yolu ilə əhatə dairəsinin genişləndirilməsi və istifadəçi məmnunluğunun artırılması Mərkəzi Bankın əsas hədəflərindəndir.
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank SAP SuccessFactors bulud həlli əsasında öz işçi heyətinin mükafatlandırılması və effektivliyinin idarə edilməsi proseslərini uğurlu şəkildə avtomatlaşdırdı.
Unibank 5 Oktaybr Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil işçiləri üçün 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Oktyabrın 15-dək Unibanka müraciət edən bütün təhsil işçiləri 20.000 AZN-dək nağd istehlak kreditini KOMİSSİYASIZ rəsmiləşdirmək imkanı qazanırlar.