Beynəlxalq Enerji Agentliyinin İcraçı direktoru Fatih Birol, neftə tələbatın güclü olduğunu və daha çox təklifin lazım olduğunu bildirib.
"Bloomberg Television"a neft bazarı ilə bağlı açıqlamalar verən Birol, bazarın kəsirli olduğunu (tələb təklifi üstələyir) vurğulayıb və bahal enerjinin geri qayıtdığını bildirib.
