"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən Facebook səhifəsində "Yeni İl, Yeni şans" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibləri Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub. Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan “Visa” və “MasterCard” kartları təqdim edilib. Yeni il ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş
Kapital Bankda lotereya kampaniyası başa çatdı
Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının dekabr ayı üzrə 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereya bununla da başa çatıb. Şərtlərə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb.
Ən sosial yönümlü facebook səhifəsi
Unibank-ın facebook səhifəsi ən sosial yönümlü səhifələrdəndir. Unibank-ın facebook səhifəsi beynəlxalq SOCIALBAKERS xidməti tərəfindən “ƏN SOSİAL YÖNÜMLÜ SƏHİFƏ” nominasiyasının qalibi olub.
“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı!
Artıq “Bank of Baku” müştəriləri və bank məhsullarından bəhrələnmək istəyən hər kəs www.hesab.az internet portalının elektron xidmətlərindən faydalana bilər. Bu, “Bank of Baku” ilə “Golden Pay” onlayn ödəmə provayderi arasında imzalanmış saziş nəticəsində mümkün olub.
UNİBANK 100.000 manat dəyərində hədiyyə paylayacaq
Unibank ın ümumi mükafat fondu 100. 000 manatı ötən iki lotereyasının qalibləri açıqlanıb. Bankın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 76 qalibi seçilib. Tirajda 1 nəfər 500 AZN, 25 nəfər 100 AZN, 50 qalib isə hərəyə 50 AZN pul mükafatı əldə ediblər. 24 oktyabr-31 dekabr müddətində davam edən lotereyanın ümumi uduş fondu 5500 AZN təşkil edib.
DəmirBank plastik kart sahiblərinə 3D Secure xidmətini təqdim edib
DəmirBank İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə plastik kart istifadəçilərinə yeni 3D Secure xidmətini təqdim edib. Bu xidmət həm VISA, həm də MasterCard plastik kartlarına şamil olunur.
“Bank Technique” “MasterCard” kart sahiblərinə Türkiyə hava limanlarında endirimlərdən faydalanmağı təklif edir
“Bank Technique” ASC-nin “MasterCard” ödəmə sistemi ilə birgə əməkdaşlığı nəticəsində, bütün MasterCard kart sahibləri Türkiyənin - İstanbul Atatürk, Ankara Esenboğa və İzmir Adnan Menderes aeroportlarında “Primeclass” imtiyazlı xidmətlərə 25% həcmində endirimlər eldə edirlər.
Aleksandr Yeryomin: «VTB-Azerbaijan»ın strateji məqsədi TOP-5 bankları sırasına daxil olmaqdır»
«Bank VTB (Azərbaycan)»ın aktivlərinin həcmi 2013-cü ildə 2,4 dəfə artaraq 2014-cü il yanvarın 1-nə 207,9 mln. manata çatıb.
Bunu bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bu gün keçirilən mətbuat konfransında bildirib.
Kapital Bank “Xəzri” tariflərini endirdi
Kapital Bank “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə Azərbaycanla Ukrayna və Gürcüstan arasında köçürmə tariflərində endirim edib. İndi bu cür köçürmələr üçün 1,5% deyil, cəmi 1% komisyon haqq tutulur.
ALBALI KİMLƏRƏ QAZANDIRDI?
Unibank-ın ALBALI kart sahibləri üçün keçirdiyi “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum oldu. Münsiflər heyəti tərəfindən elekton seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 AZN, 5 nəfər 500 AZN, 5 qalib isə 1000 AZN pul mükafatına sahib oldular. Ümumilikdə, uduş tirajı 1 mln.