Ölkəmizdə iqtisadiyyyatın inkişafına təsir edən əsas qüvvələrdən biri də Marketinq sahəsidir. Son dövrlərdə daha da populyarlaşan marketinq sahəsinin Azərbaycanda da mütəxəssislərinin sayı artır və dünyada baş verən yeni trendlər, yeni marketinq gedişləri, sosial media aktivlikləri ölkəmizdə də hiss edilir.
"Cybernet" şirkəti “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirəcək
Sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum təşkil olunacaqdır. Tədbirdə Avropanın və dünyanın tanınmış şirkətləri üçün İT sahəsində konsultasiya xidmətlərinin göstərilməsi və İT həllərin tətbiqi üzrə ixtisaslaşmış Almaniyanın “LucaNet” şirkətinin ekspertləri iştirak edəcəklər.
“FINCA Azerbaijan” HƏDİYYƏLİ KREDİT lotoreyasının qaliblərini müəyyənləşdirdi
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün icra etdiyi “Hədiyyəli Kredit” stimullaşdırıcı lotereyası çərçivəsində II tirajını 10 Sentyabr 2014-cü il tarixində həyata keçirdi.
Muğanbankın baş ofisində istiqrazlar üzrə lotereyanın 39-ci tirajı keçiriləcəkdir
“Muğanbank” ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, sentyabr ayının 15-i, saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 39-ci tirajı keçiriləcəkdir.
ExpressPay ödəniş terminallarına NarMobile üzrə ödəmələr əlavə olunub
ExpressPay ödəniş terminallarına Azərfon şirkətinin NarMobile mobil operatoru üzrə ödəmələr əlavə olunub. Artıq 070 və 077 ilə başlayan mobil nömrə sahiblərini balanslarını ExpressPay terminalları vasitəsilə artıra bilərlər.
Artıq Bolkartlılar Mybrand’s şəbəkəsinin bütün mağazalarında alış-veriş edəcək!
Artıq Bolkart sahibləri şəhərimizin dəbli geyim şəbəkəsi olan Mybrand’s-in bütün mağazalarında alış-veriş edə bilərlər. İndi hər bir Bolkart sahibi Mybrand’s-ə aid onlarla mağazadan hər-hansı birinə baş çəkib öz kartı ilə istədiyi məhsulu ala bilər. Mybrand’s mağazalar şəbəkəsində (http://mybrands.az/az/shops/) Bolkartla alış-veriş edib, dəyərini 3 və ya 6 ay ərzində ödəmək mümkündür.
Kapital Bankda “Təhsil işçiləri üçün Əla kredit kampaniyası”
Kapital Bank 5 Oktyabr Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni kampaniyaya start verib. Təhsil sahəsində çalışan və Kapital Bankın maaş, yaxud pensiya kartlarına sahib olan şəxslər “Təhsil işçiləri üçün Əla kredit kampaniyası” çərçivəsində nağd pul kreditlərini Bankdan indi 5 % endirimlə ala bilərlər.
Kapital Bankda qanvermə aksiyası
Kapital Bankın fəaliyyətə başlamasının 140 illiyi münasibətilə tədbirlər davam etdirilir. Respublika Talassemiya Mərkəzi ilə birgə Kapital Bankın Baş ofisində talassemiyalı körpələr üçün qanvermə aksiyası keçirilib. Aksiyada Kapital Bankın 100-dən artıq əməkdaşı iştirak edib.
Yapı Kredi Bank Azərbaycan yeni kampaniya təqdim edir
İnternet Bankçılıqdan Faktura Borcların üçün Avtomatik Ödəniş Təlimatı ver, 25 manat Bal Hədiyyə Qazan!
Expressbank kartları ilə pul göndərmək daha rahat olub
Expressbank bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.