2025-ci il ərzində Azərbaycanda 17 milyard 677.8 milyon ədəd siqaret və siqar, 1926.6 ton isə tütün istehsal edilib.
Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub
2025-ci il ərzində Azərbaycanda 17 milyard 677.8 milyon ədəd siqaret və siqar, 1926.6 ton isə tütün istehsal edilib.
Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub. Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə məlumat verərək öz suallarını ünvanlayıblar.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları əhəmiyyətli dərəcədə üstələyib.
Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının strateji hədəfləri müzakirə edilib.
Bunu AMB-nin sədri Taleh Kazımov "Linkedin" sosial şəbəkəsindəki hesabında bildirib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 303 milyon manat xərclənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha geniş yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 30 iyunadək Xalq Bankda aktiv əmanəti olan müştərilər Mastercard Black Edition və ya Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 50 % endirimlə əldə edə biləcəklər.
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək.
Unibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib. Bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 255-ə çatıb.
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.