Almaniya Federal Statistika Bürosunun məlumatlarına görə, 2017-ci ildə 2.2% artan iqtisadiyyat 2018-ci ildə 1.5% artıb. Bu, 5 ilin ən yavaş iqtisadi artımıdır.
Almaniyada son 5 ilin ən yavaş iqtisadi artımı qeydə alındı
Almaniya Federal Statistika Bürosunun məlumatlarına görə, 2017-ci ildə 2.2% artan iqtisadiyyat 2018-ci ildə 1.5% artıb. Bu, 5 ilin ən yavaş iqtisadi artımıdır.
Çin hökuməti daha çox vergiləri azaltmaq, dövlət xərclərini artırmaq, kçiik və orta sahibkarlığa maliyyəni dəstəkləmək niyyətindədir.
Bununla yanaşı, milli pul vahidi olan yuanı sabit saxlayaraq ardıcıl, eyni zamanda çevik pul-kredit siyasəti yeritmək nəzərdə tutulur.
Tezliklə ölkəmizdəki banklar müştərilərə kredit verdikdə bütün banklar üçün eyni olan standart müqavilələr bağlayacaqlar. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.
15 Yanvar 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3 mlrd.678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2 mlrd.332,2 mln. manata çatıb.
RƏSMİ Pekin həm böyük alış-veriş mərkəzlərində, həm də kiçik mağazalarda daha uzunmüddətli işi təşviq etməklə "gecə iqtisadiyyatı"nı inkişaf etdirmək niyyətindədir.
Bu barədə şəhər meri Çen Tszinin bildirib.
ABŞ Prezidenti Donald Trampla Konqres arasında Meksika sərhədində tikiləcək divara maliyyə vəsaitinin ayrılması məsələsi üzrə mübahisə nəticəsində hökumətin fəaliyyətinin qismən dayandırılması və insanların əməkhaqqından məhrum olması Ağ evə də təsirini göstərib.
Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib.
Böyük Britaniyanın bank nəhəngi “HSBC” “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
“HSBC” cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 64 dollar olacağını nəzərdə tutur. Bank əvvəlki proqnozunda 2019-cu il üzrə “Brent” neftinin qiymətinin 80 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırırdı.
Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") "Nərimanov" filialının direktoru Rəfail Məmmədov şirkətin İcbari şəxsi sığorta departamentinin direktor müavini təyin edilib.
Məlumata görə, R.Məmmədovu isə filialdakı müavini Nail Əsgərli əvəz edib.