Azərbaycan Mərkəzi Bankı 18 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Bu günə olan rəsmi məzənnə (18.07.2018)
Azərbaycan Mərkəzi Bankı 18 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Bu gecə saat 01:00-dan 06:00-a qədər “PAŞA Bank” ASC-nin kartları ilə onlayn rejimdə, eləcə də bankomat və POS-terminallarla əməliyyatların aparılmasında fasilələr yaranacaq.
Bu barədə Bankın müştərilərinə müraciətində bildirilir.
Günümüzdə əmək bazarında olan rəqabət artdıqca gənclərin iş tapmağı bir o qədər müşkülə çevrilir. Şirkətlərin, təşkilatların əksəriyyəti də yenicə məzun olan tələbədən təcrübə tələb edir. Belə olan halda isə gənc kadrlar ya qeyri-ixtisasa meyllənir, yaxud tamamilə işsiz qalır. Bəs görəsən uğurlu karyera qurmaq üçün nə etmək lazımdır?
Deyirlər pul xoşbəxtliyi ala bilməz. Düz deyib demədiklərini araşdırmaq üçün Birləşmiş Millətlərin Davamlı İnkişaf birliyinin 2018-ci il üçün Dünya Xoşbəxtlik Reportuna üz tutduq. Report orta illik gəlir, sağlam həyat, sosial dəstək, azadlıq və inam faktorları nəzərə alınaraq hazırlanmışdır. Qeyd edək ki, ABŞ bu sıralamanın 18-ci yerində dayanır. Sizinlə yaşamaq və pul qazanmaq üçün ən əlverişli 15 ölkəni bölüşürük.
İş yüklənməsi öhdəliklərin artması ilə gündən-günə artır. Bəziləri yay tətilinin dadını çıxardarkən, bəziləri gərgin rejimdə çalışır. Çalışmaqla düz edirsiniz də, düzgünmü çalışırsınız? Uğurun cığırları çox çalışmaqla açılır demişdim bir dəfə sizə, əgər xatırlayırsınızsa. Hər kəs yatarkən, çalışanlar sonda hədiyyəni qazanır. Lakin stress arzularınızı söndürməsin. Stressli mühitdə çalışmaq işin effektivliyinə inanılmaz təsir edir.
Startuplar hər zaman biznesə təkan verən qüvvə olub. Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb. Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etmək üçün özünüzü bəyan etmək bacarıqı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə startap reallığa maksimum dərəcədə yaxın olmalıdır.
Fransanın FIFA 2018 Dünya Çempionatında qalib gəlməsinin ardınca markalar bu hadisəni müxtəllif reklam kampaniyaları ilə qeyd etməyə başladılar.
Varlı insanla varlı olmayan insan arasındakı yeganə fərq onun bank hesabında olan pul deyil. Varlı və uğurlu insanlar əsasən daha fərqli düşünməyə meyilli olurlar.
Unibank müştərilərinin rahatlığı üçün Unitransfer ilə pul köçürmələrini daha da asan etdi. Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.
2018-ci ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1,977.52 mlrd manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1,330.02 mlrd manata çatıb. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.