Sosial şəbəkələrdə günlərdir #kosahardadi hashtag-ı ilə axtarılan Kosa, Rabitəbankda tapılıb! Rabitəbankın bayram fürsətindən xəbər tutan kosa, nağd pulları öz xurcununa doldurdu!
Kosa Haradadır? – Kosa Rabitəbankdadır!
Sosial şəbəkələrdə günlərdir #kosahardadi hashtag-ı ilə axtarılan Kosa, Rabitəbankda tapılıb! Rabitəbankın bayram fürsətindən xəbər tutan kosa, nağd pulları öz xurcununa doldurdu!
Son aylar bankların fəaliyyətində canlanma müşahidə edilməkdədir. Bu dinamika, ölkəmizin bank sektorunda əhəmiyyətli rola malik Azərbaycan Beynəlxalq Bankında xüsusilə nəzərə çarpır. Elə bu müsahibədə də adı çəkilən bankın mövcud durumuna,gələcəklə bağlı planlarına nəzər salmağa çalışacağıq.
ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etməyi planlaşdırır.
Tramp bu barədə qərarı Türkiyə ilə iqtisadi inkişafın səviyyəsinə əsasən qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov geniş müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Vidadi müəllim, söhbətimizə Azərbaycan xalçaçılıq tarixindən başlayaq.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,87 dollar və yaxud 1,31% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,35 dollar təşkil edib.
İsveçrə Milli Bankı 2018-ci ili 14,9 milyard frank zərərlə başa vurub.
“Neue Zürcher Zeitung” qəzeti xəbər verir ki, təqdim edilən illik hesabatda müxtəlif investisiya kateqoriyaları üzrə mənfi saldonun mövcudluğu öz əksini tapıb.
Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı 4 mart 2019-cu il tarixində Kapital Bank-ın baş ofisində tərəflərarasında tədbir keçirilib. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev iştirak edib.
Unibank Od çərşənbəsi münasibəti ilə bir günlük 0% komissiyalı kredit aksiyası keçirir. Martın 5-də Unibankda 20.000 AZN-dək nağd kredit rəsmiləşdirənlər, komissiya ödəməyəcək. Bu aksiyada işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri 100 manat və yuxarı olan hər kəs iştirak edə biləcək.
Yanvarda banklarda fiziki şəxslərin depozitləri 289 milyon manat azalıb.
Fiziki şəxslərin depozitləri 2018-ci ilin sonunda 8 milyard 269.7 milyon manat ikən, yanvarın sonunda 7 milyard 980.7 milyon manata düşüb.