Bu ilin yanvar ayında Azərbaycan 33 milyon 711 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 218 min ABŞ dolları (56,85 %) çoxdur.
