Banco.az | Tezliklə

Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb

Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycan, Yunanıstan, Bolqarıstan və Çexiyadan 106 696 000 kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% azalma deməkdir. 

"Anadolu" Agentliyinin verdiyi xəbərə görə, 2018-ci ildə bu rəqəm 273 180 000 kVt/saat olub.

Azərbaycanca

"Azərbaycanda ilk dəfə onlayn biznes kreditini Unibank verib" - MÜSAHİBƏ

Unibank tezliklə korporativ müştərilər üçün paket xidmətini təqdim edəcək. Burda əsas məqsəd bir və ya digər paketdə xidmət seçərkən müxtəlif kateqoriyalı müştərilərin ehtiyaclarını maksimum nəzərə almaqdır. Bu haqda “Unibank” KB-nın  Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib. Tural Hüseynov bankın biznes kreditləri ilə bağlı 1-ci rübdə əldə etdiyi nəticələrdən də danışıb.

 

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı və ASAN Radiodan “Danışan şəkillər” layihəsi

İndiyə qədər bir çox sosial-mədəni layihələrə imza atmış Azərbaycan Beynəlxalq Bankı və ASAN Radio daha bir müştərək layihənin icrasına başlayır. Yeni layihə “Danışan şəkillər” adlanır. Belə bir layihənin icrasında məqsəd müasir vasitələrin köməyi ilə ictimai-tarixi irsimizin təbliğidir. Ötürdüyü məlumatlar, sənədləşdirdiyi hadisə, fakt və şəxsiyyətlər, verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyan şəkillər işığında cəmiyyətimiz üçün mənəvi dəyərlərin formalaşdırılmasıdır.

Azərbaycanca

MİDA-nın xalis mənfəəti 49% artıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 214,676 mln. manat təşkil edib.

Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 91,6% çoxdur.

Azərbaycanca

Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir

Daim müştərilərnin rifahı qayğısına qalan dövlət bankı Azər Türk Bank bu istiqamətdə daha bir maraqlı yeniliyin tətbiqinə qərar verib. Bank cari ilin 1 may tarixindən etibarən müştəriləri üçün sərfəli “Kredit ödənişi üzrə CashBack” adlanan xidmətə başlayır.

Azərbaycanca

İsveçrə büdcəsində vergi daxilolmalarının nisbəti artıb

İsveçrənin Federal Şurası 2018-ci il üzrə məcmu maliyyə hesabatlarını təsdiq edərək ictimaiyyətə açıqlayıb. Hesabat sənədlərindən görünür ki, 2018-ci ildə ölkə iqtisadiyyatında əldə edilən müsbət saldo 5,7 milyard frank (9,5 milyard manat) olub ki, bu da 2017-ci ilin göstəricisindən 3,1 milyard frank (5,2 milyard manat) azdır. Federal Şuradan bildirilib ki, bu dəyişiklik əsas etibarilə sosial sığorta seqmentindəki mənfi nəticələrdən qaynaqlanır.

Azərbaycanca

Obyektlərin yenidən uçota alınması qaydası təsdiq edilib

Vergilər Nazirliyi Kollegiyasının təsdiq etdiyi "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası" Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun hazırlanıb və təsərrüfat subyektinə malik olan vergi ödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir. Bu qayda ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə aiddir.

Azərbaycanca

Vergi orqanları qeyri-neft sektorundan daha çox vergi toplayıblar

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib: "Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır".

Azərbaycanca

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il mayın 1-dək fonda 99.064.301,66 AZN, 213.577,88 ABŞ dolları, 16.336,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Azərbaycanca

Türkiyənin turizm gəliri 5%-ə yaxın artıb

Türkiyə Statistika Komitəsi, bu ilin yanva-mart dövrünə dair turizm statistikalarını açıqlayıb.

Türkiyənin turizm gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 4 milyard 629 milyon 679 min dollar təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »