Almatı şəhəri üzrə işəgötürənlərdən və fərdi sahibkarlardan yığılmış icbari tibbi sosial sığorta yığımı aprel ayının sonuna 34,8 milyard tengeyə (154 milyon 248 min manat) çatıb. Daxilolmaların əksər hissəsi - 32,3 milyard tenge (143 milyon 167 min manat) işəgötürənlərin payına düşür. Qazaxıstan qanunvericiliyinə əsasən, fərdi sahibkarların muzdlu işçiləri olduqda həmin işçilər üçün tibbi sığorta haqqını işəgötürən qismində fərdi sahibkarlar ödəyirlər.
Qazaxıstanda Tibbi Sosial Sığorta Fondunun yığımları artır