Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 858,9 min manat həcmində vergi və rüsum daxil olub. Bu göstərici 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 35,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 19,2 faiz artaraq 314 milyon 800,4 min manat olub.
Əlavə dəyər vergisi üzrə daxilolmalar 49,7 milyon artıb