Banco.az | Tezliklə

Qazaxıstanda bahalı avtomobillər üçün əlavə verginin tətbiqi gündəlikdədir

Milli İqtisadiyyat Nazirliyi mühərrikinin tutumu 3 litrdən (3.000 kubsantimetr) artıq olan avtomobillərin dəbdəbəli əşyalar siyahısına salınması ilə bağlı ictimaiyyət arasında geniş maraq doğuran məsələyə aydınlıq gətirib. Qeyd edilib ki, bu məsələ "Qazaxıstan Respublikasının vergi məsələləri üzrə bir sıra qanunvericilik aktlarına dəyişiklik və əlavələrin edilməsi haqqında" qanun konsepsiyası müzakirə edilərkən gündəliyə gətirilib.

Azərbaycanca

Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin illik hesabatında bildirilir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 2018-ci ildə tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 104 monitorinq keçirib və 79 pozuntu halı aşkar edib. Monitorinqlər zamanı 3.990 nəfər yoxlanılıb və onlardan 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı müəyyən olunub. 

Azərbaycanca

Sosial ödənişlərin bölüşdürülməsi avtomatlaşdırılıb

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənilməsinə dair hesabatların təqdim olunmasına nəzarət Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Bununla yanaşı, vergi və sosial qanunvericilikdə aparılan dəyişikliklərlə sosial ödəmələrin faiz nisbəti ödəyicilər arasında yeni bölgüdə müəyyənləşib.

Azərbaycanca

ABŞ-a gələn turistlərin sayı azalır

ABŞ-la Çin arasında davam edən vergi gərginliyi özünü turizm sahəsində də göstərməyə başlayıb. ABŞ-ın Milli Səyahət və Turizm Bürosunun yaydığı məlumatına əsasən, 2018-ci ildə Çindən ABŞ-a gələn turist səfərlərində 5,7 faiz azalma olub. 2016-cı və 2017-ci illərdə Çindən ABŞ-a 3 milyondan artıq turist gəldiyi halda, 2018-ci ildə bu rəqəm 2 milyon 900 minə düşüb. Mütəxəssislər 2003-cü ildən bəri Çindən ABŞ-a səyahətlərdə hər il artım olduğunu qeyd edirlər.

Azərbaycanca

"Dünyanın ən böyük iqtisadiyyatı durğunluq riski altındadır"

Dünyanın qabaqcıl investisiya banklarından biri olan "Morgan Stanley", ABŞ birjasının və iqtisadiyyatının pisləşməyə başladığı barədə xəbərdarlıq edib.

Azərbaycanca

SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır

“SOCAR Turkiye Enerji” (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyənin qaz bazarında payını 7%-ə çatdırmağı planlaşdırır.

Azərbaycanca

Dövlətdən sahibkarlara 20 min manatlıq dəstək - YENİ QAYDALAR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası” təsdiq edilib.

Azərbaycanca

Avro və qızıl ucuzlaşır, Dollar bahalaşır

Avro kimi aparıcı valyutaların və qızılın ucuzlaşaraq, dəstək səviyyələrini qırmaları və dolların bahalaşması investorların diqqət mərkəzindədir.

 

Foreks bazarlarında dollara tələb güclü olaraq qalır

Azərbaycanca

Gürcüstanda dollar bahalaşmaqda davam edir

Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.

Gürcüstan Milli Bankının mayın 30-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7997 lari təşkil edir.

Azərbaycanca

Azərbaycanda 13 bankın depozit portfeli azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün depozit portfeli illik müqayisədə azalıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »