Banco.az | Tezliklə

Azərbaycan iqtisadiyyatı 2,4 faiz artıb

Bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 825,2 mln. manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3.828,1 manata bərabər olub.

Azərbaycanca

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib.

Azərbaycanca

7 Yeni Vakansiya! - Bank Respublikada iş imkanı

Karyeranızı bank sahəsində qurmaq istəyirsinizsə, o zaman Bank Respublika-da elan olunan yeni vakansiyalarla tanış olun:

Azərbaycanca

Bank VTB (Azərbaycan) rus dilinin xarici dil kimi tədrisi üzrə təlimə dəstək olub

Rus yazıçısı A.S,Puşkinin 220-illik yubileyi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif təhsil müəssisələrinin müəllimləri iştirak edib. Kursun təşkilatçıları «Teaching and Learning»-in Bakı mərkəzi və «Alfa-Dialoq» Peterburq  əlavə təhsil müəssisəsidir. VTB (Azərbaycan)-ın dəstəyi ilə təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.

Azərbaycanca

Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib!

Kapital Bank-ın aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.

Azərbaycanca

Yarım ildə 23,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 23,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.

Azərbaycanca

Pərakəndə ticarətdə istehlak məhsullarının 49 faizini fərdi sahibkarlar satır

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18 milyard manat olub. Ticarət dövriyyəsinin 8 milyard 944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 33 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Azərbaycanca

ABŞ-ın Nümayəndələr Palatası IRS islahatı ilə bağlı qanun layihəsini müzakirə edib

Parlamentin Nümayəndələr Palatası ABŞ-ın Daxili Gəlirlər Xidmətinin (IRS) fəliayyətini tənzimləyən qanun layihəsini qəbul edib. Konqresin Büdcə idarəsinin qanun layihəsinin qısa icmalına uyğun olaraq, vergi ödəyiciləri haqqında qanun vergi ödəyicilərinə göstərilən xidmətləri təkmilləşdirəcək və apelyasiya prosesində vergi ödəyicilərinə yardım proseslərinə müsbət təsir göstərəcək.

Azərbaycanca

Avropa İttifaqı Azərbaycandakı proqramlara 603 milyon avro ayırıb

"Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana 2015-ci ildəki səfərindən sonra Aİ ilə Azərbaycan əlaqələrində önəmli inkişaf baş verib. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq müsbət dinamikada davam edir. Mən də Prezidentin bu bəyanatı ilə razıyam".

Azərbaycanca

Amortizasiya ayırmaları

Kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicisi istifadə etdiyi əsas vəsaitlərə münasibətdə gəlirdən amortizasiya ayırmalarını hansı qaydada çıxmalıdır?

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »