Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019-cu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 10 milyard 405,5 milyon manat vəsait daxil olmuş, büdcədən 10 milyard 951,0 milyon manat vəsait xərclənmişdir.
Nəticədə, büdcənin icrasında 545,5 milyon manatlıq kəsir yaranmışdır.
“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1 milyon 143 min manat mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,45% azdır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.
Bu vaxtadək ölkənin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da, təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.
Bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxışı zamanı bildirib.
“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 223 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 min manat və ya 4,4% azdır.
GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ARTIB
Azərbaycanda qeydiyyatda olan şirkətlər azad ticarət zonalarının yaratdığı imkanlardan yararlana bilərlər. Bir sıra ölkələrlə Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli müqavilələrinin olması bu imkanı daha da artırır. Xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər şirkətlərin öhdəliklərinin azalmasına xidmət etdiyindən yerli sahibkarlar qonşu ölkələrdə, məsələn Gürcüstanda yaradılan azad ticarət zonalarına maraq göstərirlər.
Təşəbbüskar, yazıçı və poscast aparıcısı Darius Foroux şəxsi təcrübələrinə əsaslanaraq uğurlu və xoşbəxt bir karyera istəyənlər üçün öz tövsiyələrini verib.
O, bildirir ki, iş həyatında xoşbəxtliyə nail olmaq karyerasının altı ilini alıb. Yenə də həyatın işdən daha mühüm olduğunu özünə tez-tez xatırlatdığını söyləyir.
Depozit seyflər hüquqi və fiziki şəxslərə verilən müasir mühafizə sistemləri ilə təchiz olunmuş pulların, qiymətli əşyaların və vacib sənədlərin qorunub saxlanması üçün ən etibarlı yerdir. Bu seyflər müasir mühafizə sisteminə və yüksək təhlükəsizlik səviyyəsinə malikdir. Qutular yalnız iki açarın bir yerdə olduğu halda bağlanır və açarlardan biri müştəridə olur.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
Taleh Tahirli “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) İdarə Heyəti sədrinin müavini, Baş Transformasiya inzibatçısı (Chief Transformation Officer) təyin edilib.