“AGBank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 471,62 milyon manat təşkil edib.
Bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,3% azdır.
“AGBank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 471,62 milyon manat təşkil edib.
Bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,3% azdır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 17.583,1 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.467,6 mln. manat və ya 16,3 faiz çoxdur. Maliyyə Nazirliyinin məlumatına görə, icmal büdcənin xərcləri 11.682,0 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 mln. manat və ya 7,7 faiz çoxdur. İcmal büdcədə 5.901,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə bu gün sahibkarlarla işgüzar forum keçirilib.
2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,8 faiz artaraq 18 milyard manat olub.
“Muğanbank” ASC 2018-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bu il iyulun 1-nə olan məlumata əsasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 167 min nəfərdən çox olub, onlardan 4 milyon 915 min nəfərdən çoxunu məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 590 min 700 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692 min 700 nəfər təşkil edib.
“AtaSığorta” ASC 2019-cu ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlayıb.
İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 milyard 622,9 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub. Həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.
Son araşdırmalara əsasən, almanlar iyul ayının ortasına qədər bütün vergiləri ödəmək, ilin qalan hissəsini isə "özləri üçün" işləyiblər. 2019-cu ildə almanlar orta hesabla qazanclarının yarıdan çoxunu (53,7 faiz) vergi şəklində dövlətə verməlidirlər. "Almaniya vergi ödəyiciləri" (BdSt) adlanan lobbiçi qrup öz araşdırmasında "Steuerzahlergedenktag" (vergi ödəyicilərinin anım gününü) – almanların özləri üçün işləməyə başladığı günü müəyyənləşdirib.