Banco.az | Tezliklə

Turizm sektoruna dövlət qayğısı müsbət nəticələrini verməkdədir

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Azərbaycanca

İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir

Mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər. Sahibkarlar isə əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

Azərbaycanca

Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycanın hesabına ödəməyə başlayıb

İyul ayının 1-dən etibarən Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalı həyata keçirir.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) rəsmi saytında bildirilib.

Azərbaycanca

Büdcədən qəzetlərə pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" Sərəncam imzalayıb.

Azərbaycanca

Bank Respublika iqtisadçı media nümayəndələri üçün press-tur təşkil etdi

22 iyul – Milli Mətbuat Günü ilə bağlı olaraq Bank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Göygöl rayonuna 2 günlük faydalı media-tur təşkil etdi.

Azərbaycanca

Beynəlxalq Bankın son vəziyyəti məlum oldu

BANKIN CƏMİ GƏLİRLƏRİ ARTIB

Azərbaycanın ən böyük bankı "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Azərbaycanca

Ceyhan limanından indiyədək 3,26 mlrd. bareldən çox neft nəql edilib

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,26 mlrd. bareldən artıq neft yola salınıb. Hesabat dövründə terminaldan 4.254 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 135,52 mln. barel neft və 169 tanker yüklənilib. Qeyd edək ki, bu il iyunun 21-dən iyulun 22-dək terminalda 27 tanker yüklənilib.

Azərbaycanca

İpoteka predmeti ilə bağlı qaydalar müəyyənləşib

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib. Dəyişiklik ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ilə əlaqədardır.

Azərbaycanca

"Fitch Ratings" Azərbaycanın uzunmüddətli reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub. Azərbaycanın "BB+" güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir.

Azərbaycanca

“Rabitəbank”ın xalis mənfəətində sıçrayış

“Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısını 4 milyon 835 min manat vergidən əvvəl mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə artıb. “Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat vergidən əvvəl mənfəət ilə bağlamışdı. Mənfəətin artmasının səbəbləri gəlirlərin artması və ehtiyata ayırmanın azalmasıdır. 

 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »