Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda qeyd olunub.
Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda qeyd olunub.
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu il aprelin 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 56 milyon 742 min 626 təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Hesabat tarixinə, bank müştərilərinin sayı isə 16 milyon 433 min 185 nəfər olub.
Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Bu barədə sorğuya cavab olaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul olunub.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 2026-cı ilin I rübünə olan maliyyə göstəricilərini açıqlayıblar. Paşa Həyat Sığorta 15,1 milyon manat mənfəətlə ən yüksək nəticə göstərən şirkət olub.
Bu ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139.9 milyon ABŞ dolları, Gürcüstana 120.7 milyon ABŞ dolları, İsveçrəyə 103.4 milyon ABŞ dolları, Ukraynaya isə 42.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq.
Banco.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.