Banco.az | Tezliklə

Tramp: "İngiltərə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacağıq"

ABŞ Prezidenti Donald Tramp "İngiltərə ayaq topuğundakı lövbərdən xilas olanda bu ölkə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacaqlarını" deyib.

Tramp, Fransanın Biarritz şəhərində G7 iclası çərçivəsində Böyük Britaniyanın Baş naziri Boris Conson ilə naharda görüşüb.

Azərbaycanca

Bu həftə valyuta cütlüklərində kəskin korrektiv hərəkət gözlənilir

Tramp rüsüm savaşını davam etdirəcək.

Cümə günü Jackson Hole Simpoziumunda FED sədri Povelin çıxışı ümumilikdə neytral qiymətləndirilir. Beləki, Povel faiz endirimi qərarını korrektiv hərəkət kimi qiymətləndirdi və gələcək faiz dəyişikliyi qərarlarını vəziyyətə görə veriləcəyini vurğuladı.

Azərbaycanca

Pay torpağı olanlar nə qədər sığorta haqqı ödəməlidir?

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihə davam etdirilir. Layihənin əsas məqsədi kənd təsərrüfatı sektorunda real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. 

Azərbaycanca

Xüsusi notariuslar nə qədər vergi ödəməlidir?

Qanunvericilikdə edilmiş son dəyişikliklərdən sonra bir çox sahələrdə tətbiq olunan vergi dərəcələri və məbləğləri, eləcə də məcburi dövlət sosial sığorta haqlarının məbləğləri dəyişib. Bir sıra sektorlarda, o cümlədən qeyri-neft sektorunda çalışan işçilərə və işəgötürənlərə, fərdi sahibkarlara, kiçik və orta biznes subyektlərinə vergi güzəştləri tətbiq edilir. 

Azərbaycanca

Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyi

Ölkədə biznesin inkişafı əmlak sektorunda da canlanma yaradıb. Torpaq və ya hazır tikililəri almaq istəyən vətəndaşların əmlak şirkətlərinə müraciətləri artıb. Elə onlara təklif edilən əmlakların da çeşidi çoxalıb. Bəs əmlak satılarkən onun sahibi vergiyə cəlb edilirmi? Həmin şəxslər hansı verginin ödəyicisi hesab edilirlər?

Azərbaycanca

BVF: "Gömrük vergiləri ticarətdəki qeyri-tarazlığa qarşı düzgün vasitə deyil"

Beynəlxalq Valyuta Fondunun iqtisadçı ekspertləri Qustavo Alfred, Luis Kubeddu və Qita Qobinat tərəfindən hazırlanmış qiymətləndirmədə indi tətbiq edilən gömrük vergilərinin ticarətdəki tarazsızlıqları aradan qaldırmaq əvəzinə, "iqtisadiyyatın qlobal və regional miqyaslarda böyüməsinə ziyan verəcəyi" barədə xəbərdarlıq ediblər.

Azərbaycanca

Məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunur

Məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardandır. Artıq ilin əvvəlindən 750-dək məcburi köçkün özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib. Onlar üçün kiçik biznesin qurulması və idarə edilməsi üzrə təlim kursları təşkil olunub.

Azərbaycanca

Malların kredit satışından əlavə dəyər vergisinin hesablanması

Malların kreditə (müddətli ödənişli əsaslarla) satılması ilə məşğul olan vergi ödəyicilərində uçot prinsiplərində, hesabatların, bəyannamələrin formalaşdırılmasında müəyyən çətinliklər yaranır: onlar gəlirlərin, xərclərin vaxtının müəyyənləşdirilməsi, həmçinin əlavə dəyər vergisi (ƏDV) məqsədləri, sadələşdirilmiş vergiyə cəlb edilməsi müddətləri, eləcə də sadələşdirilmiş vergidən ƏDV-yə keçid məsələlərində bəzi problemlərlə üzləşirlər.

Azərbaycanca

Cənubi Koreyada 243 milyard dollar vergi yığılıb

Keçən maliyyə ilində Cənubi Koreyada yığılmış vergilərin məbləği 10,6 faiz artaraq 243 milyard ABŞ dollarına çatıb. Vergi daxilolmalarının artımının əsas səbəbi kimi korporasiyaların gəlirlərinin artması və daşınmaz əmlak bazarının canlanması göstərilir.

Azərbaycanca

Neft, ticarət müharibəsi ilə ucuzlaşır

ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin yenidən artması qlobal neft tələbatına və xam neftin qiymətlərinə mənfi təsir edir. Qızışan ticarət müharibəsi ilə iri iqtisadiyyatların durğunluğa girəcəyi və neftə təlabatın daha da azalacağı gözlənilir. Bu səbəbdən neft qiymətləri düşür.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »