Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdim olunan yeni rəqəmsal həll sayəsində, əmanət girovlu kreditləri banka gəlmədən, tam onlayn formatda 24/7 rəsmiləşdirmək mümkündür.
Bu xidmət müştərilərə öz vəsaitlərini toplamağa davam edərək, eyni zamanda əlavə maliyyə dəstəyi əldə etmək imkanı yaradır.
Yelo App-də əmanət girovlu kredit artıq onlayndır!