“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-sentyabr (9 ay) dövrünü 3 milyon 8 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 604 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti təxminən 1,9 dəfə artıb. Xalis mənfəətin artması ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyata ayırmanın azalmasından qaynaqlanıb.
“Ziraat Bank Azərbaycan” rüblük hesabatını açıqlayıb