"İki gün öncə Qobu-2 yaşayış massivinin açılışı olub. Orada 1300 ailəlik mənzillər tikilib". Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, həmin mənzillər təmirli və keyfiyyətlidir: "Özəl sektor tərəfindən tikilən binalarda fərq ondan ibarətdir ki, mətbəx mebeli və soyuducu ilə təmin olunur. Bu gün püşkatma başlayıb.
İlin sonunadək 3700 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək