Banco.az | Tezliklə

Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb

2026-cı ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

Azərbaycanca

ADB Azərbaycanda kapital bazarının inkişafı üçün texniki yardımı təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək kapital bazarının inkişafı proqramı çərçivəsində texniki yardımı təsdiqləyib.

ADB-yə istinadən verilən məlumata görə, proqramın maliyyələşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondunun xətti ilə 225 min ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Azərbaycanca

Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?

"Azərbaycan Prezidentinin Naxçıvanda qeyd etdiyi vacib istiqamətlərdən biri də Naxçıvan, Şərqi Zəngəzur, Qarabağın vahid konsepsiya əsasında inkişaf etməsi ilə bağlı idi. Vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, eləcə də iqtisadi inkişafın vahid strategiya üzrə dəstəklənməsini özündə ehtiva edir".

Azərbaycanca

Fermerin süni intellektə güvənməsi baha başa gəldi: 2,5 hektar məhsul zərər gördü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çinin Anhui əyalətinin Çuçjou şəhərində yaşayan 67 yaşlı fermer təxminən bir ildir əkinçilik fəaliyyətində süni intellekt alətlərindən istifadə edirdi. O, gübrələmə və əkin vaxtı ilə yanaşı, sahədəki zərərvericilərlə mübarizə barədə də süni intellektdən məsləhət alırdı.

Azərbaycanca

Azərbaycanda icarə haqları 7%-dən çox artıb

SK-nın məlumatlarına əsasən 2026- cı ilin II rübündə mənzil bazarında qiymət indeksi ö.i.m.d.n. 8.6% artıb.

Banco.az xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankı “İnvestra Kredit Ittifaqı”na lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İnvestra Kredit Ittifaqı” MMC-yə lisenziya verilib.

Bu barədə tənzimləyici qurum xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya çatıb.

Azərbaycanca

Mərkəzi Bank: Azərbaycanda manatla kredit faizləri sabitləşib, valyuta kreditləri ucuzlaşıb

Son 1 il ərzində manatla verilmiş kreditlər üzrə faiz dərəcələrində stabilləşmə, xarici valyutada kreditlər üzrə faizlərdə isə azalma müşahidə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Azərbaycanca

Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın emal sənayesində 12 milyard 948,3 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Azərbaycanca

Azərbaycanın audit bazarı 1 % kiçilib

2025-ci ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar 152 milyon manat məbləğində 7 815 müqavilə bağlayıb.

Auditorlar Palatası xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 0,9 % az və 8,6 % çoxdur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous
57 58 59 60 61 62 63 64 65
last »