Banco.az | Tezliklə

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği 66 % artıb

2025-ci ildə Azərbaycanda "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan ödənişlərin sayı və məbləği 2024-cü illə müqayisədə müvafiq olaraq 67 % və 66 % artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

Azərbaycanca

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

​​2025-ci ildə Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 10 milyon sayda 2,6 milyard manatlıq əməliyyat aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 12,5 dəfə çox və 90,1 % çoxdur.

Azərbaycanca

Azərbaycanda "e-KYC" platformasının konsepsiyası hazırlanıb

"Öz müştərini tanı" (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə "e-KYC" platformasının konsepsiyası hazırlanıb və platforma ilə bağlı texniki məsələlərin icrasına başlanılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

Azərbaycanca

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

2025-ci ildə Azərbaycanda ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin ümumi məbləği 99,1 milyard manat olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 26 % çoxdur.

Azərbaycanca

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

2025-ci ildə Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 145,2 milyon sayda 840,9 milyard manatlıq əməliyyat aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 13,9 % az və 10,6 % çoxdur.

Azərbaycanca

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib

6 mart 2026-cı il tarixində Rabitəbank tərəfindən Xankəndi şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşların maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək göstərilməsi olub.

Azərbaycanca

Azərbaycanın Qazaxıstana qeyri-neft ixracı 84%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 4 milyon 641 min dollar və ya 84,2% artıb.

Azərbaycanca

108 əcnəbi Azərbaycandan çıxarıldı

Fevral ayında ölkədə müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 5875, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 481 müraciət daxil olub.

Bu barədə  Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Azərbaycanca

Azərbaycanda ötən il 5 min tona yaxın bal istehsal edilib

2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatdakı 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Azərbaycanca

ABB-dən “Fayda Max Abunəlik” proqramı

Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib. Bu, “Fayda Max Abunəlik” proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə “Fayda Max” proqramının “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »