Banco.az | Tezliklə

Bu il Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 faiz artaraq 4,3 milyard manata çatıb

Cari ilin yanvar-sentyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4 milyard 2,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 888,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizidir.

Azərbaycanca

Fransada baş aşpaz öz restoranında yediyinə görə cərimələnib

Fransanın Qəraib adalarından birində iki restoranın sahibi olan bir aşpaza öz restoranında yemək yediyinə və bunun vergisini ödəmədiyinə görə 14 min avro məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycanca

Biznes kreditlərinin risk dərəcəsinin azaldılması faizləri də aşağı sala bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edib. Bu addım Prezident İlham Əliyevin iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artırılması çağırışı ilə əlaqədar atılıb. Qaydalara edilmiş əsas dəyişikliklərdən biri kiçik və orta biznes subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşdirilməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır.

Azərbaycanca

Turagentlər və onların vergitutma obyektləri

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Azərbaycanca

"Aramco"nun ədalətli dəyəri 1.2 - 1.5 trilyon dollar arasındadır

İnvestisiyaların idarəedilməsi xidmətləri göstərən "Bernstein" şirkətinin analitiklərinin 4 Noyabr tarixli hesabatında Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun ədalətli dəyərinin 1.2 - 1.5 trilyon dollar arasında olduğu bildirilib. 

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Tacikistan iqtisadiyyatı 7,2% artıb

Tacikistanın ümumi daxili məhsulu (ÜDM) cari ilin doqquz ayında 7,2% artıb.

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, ilin yanvar-sentyabr dövründə ölkədə ÜDM keçən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 52,3 milyard 878 milyon somoniyə (5 milyard 123,8 milyon dollar) çatıb.

Azərbaycanca

Azərbaycanda masaüstü kompüterlərin bazar payı artıb

Bu ilin oktyabr ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 0,1 faiz bəndi azalıb.

"Global Stats" Statistika Mərkəzinin verdiyi məlumata görə, noutbukların bazar payı noyabrın 1-nə 53,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi azdır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »