Asiya İnkişaf Bankı (AİB) Azərbaycana azad ticarət zonalarının artırılmasını tövsiyə edib.
Azərbaycanda azad ticarət zonaları artırıla bilər
Asiya İnkişaf Bankı (AİB) Azərbaycana azad ticarət zonalarının artırılmasını tövsiyə edib.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunmuşdur.
Google, Xəritəçəkmə xidmətinin imkanlarını genişləndirib və indi turistlərə əraziyə istiqamətlənmək daha asan olacaq.
IT-nəhəngi olan "Google Xəritələr" tərcüməçi ilə birləşdirilib və smartfondakı əlavə indi istifadəçi üçün küçə adını lazım olan dildə səsləndirə bilər.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1% üstələyərək 31,1 mlrd. manata bərabər olub.
Azərbaycan iqtisadiyyatının illik artım tempi 2,5%-dən 2,1%-ə düşüb. Tikinti sektorunda istehsal kəskin azalıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Video İcmalı Azexport.az portalının uğurlarına həsr edib. Video icmalda sahibkarların portalla əməkdaşlıqda əldə etdikləri üstünlüklər diqqətə çatdırılıb. Bildirilib ki, Azexport portalı ilk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edir.
Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb.
Mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.
Bu ilin sonunadək dünya miqyasında elektromobillərin satışı 48% artacaq.
Bu barədə DW platformasının hesabatında deyilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsistemi işsizlikdən sığorta ödənişinin elektron qaydada təyinatına imkan verib. Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs "Məşğulluq" altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir.
Vergi ödəyicilərinə maraqlı olan məsələlərdən biri də Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbləridir. Bu maddə ilə bağlı ortaya çıxan sualları sərbəst auditor Altay Cəfərov cavablandırır.