Yanvar-oktyabr aylarında Azərbaycana 1 milyon 371 min 22 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən buğdanın dəyəri isə 294 milyon 985 min ABŞ dolları olub.
Ölkəyə cari ildə buğda və ət idxalı artıb
Yanvar-oktyabr aylarında Azərbaycana 1 milyon 371 min 22 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən buğdanın dəyəri isə 294 milyon 985 min ABŞ dolları olub.
Əmək qanunvericiliyinə əsasən, əmək stajı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.
Gələn ildən Litva Respublikası 200 milyard avro məbləğində vəsaiti "kölgə"dən çıxartmağı planlaşdırır.
Xəbər verildiyi kimi, məşhur türk yumoristi Cem Yılmaz ötən həftə sonu Bakıda iki gün şou göstərib.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.
Facebook 2020-ci ildə öz qlobal kriptovalyutası olan “Libra”nı dövriyyəyə buraxmaq niyyətindədir. “Libra” 2.2 milyarddan çox Facebook istifədəçisinin yararlana biləcəyi rəqəmsal və qlobal valyutadır. Bu rəqəmsal valyuta Messenger və WhatsApp vasitəsilə göndərilə, alış-veriş zamanı istifadə edilə bilər.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 63,28 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,05% azalaraq 57,80 dollar təşkil edib.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nı təsdiqləyib.
Azərbaycan Mərkəzi Bankı 18 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Keçən il İranda istehsal edilmiş xurmanın 30%-i ixrac edilərək 350 milyon dollar gəlir əldə edilib və İran xurma ixracatında dünyada birinci yeri tutub.
İran Sənaye, Mədən və Ticarət Nazirinin müavini Hüseyn Müderris Hiyabani, Buşehrdə təşkil edilən Beynəlxalq Xurma Simpoziumunda çıxış edib.