"Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyil, ona görə biz xam məhsul ixrac etməyə məcburuq".
Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri İsmayıl Orucov "Biznes Həyatı" jurnalına müsahibəsində bildirib.
