Oktyabrın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 368,2 milyon manat, öhdəlikləri isə 26 milyard 634,2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 734 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, oktyabr ayına sektorun aktivlərinin 44,9 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (202,8 milyon manat) artıb.
Bank sektorunun kredit portfeli oktyabrda 1,5 faiz artıb